Unutma: düşmən səni izləyir…

Unutma: düşmən səni izləyir…
  09 Aprel 2016    Oxunub:4745
Səməd Canbaxşiyev

Böyük siyasi xadim və dövlət adamı olan Makiavellinin bir sözü həmişə mənim jurnalist kimi peşə prinsipim olub: “Hadisələrin necə baş verdiyini bilmək istəyirsənsə, mütləq onların içərisində olmalısan” .


Bu fikri deməkdə məqsədim son günlər aktual olan Qarabağ cəbhəsində baş verən hadisələr və informasiya mənbələrində, sosial şəbkələrdə vətəndaşlarımızın ona olan münasibətlərilə bağlıdır. Bu müqəddəs və ədalətli savaşın ilk günündən Müdafiə Nazirliyimiz hamiya bir tapşırıq verdi - informasiyanın paylanmasında maksimum ehtiyatlı olun. Çox təqdirəlayiq haldır ki, həmin günlər ərzində ölkənin bütün KİV-i buna ciddi riayət etməyə çalışdı. Bu da təbii ki, öz effektini verdi və ermənilərin hər dəfə özümüzdən istifadə edrək, özümüzü vurma taktikası o qədər də işləmədi.

Amma etiraf edək ki, atəşkəsdən sonra vəziyyət dəyişdi. Bu proseslərdə tək-tək gözə çarpan dezinformator, düşmənə xidmət edən qüvvələr və sosial şəbəkələrdə azərbaycanlı adı ilə fəaliyyət göstərsə də, 100 faiz ermənilərə məxsus olan profillərin yaydığı məlumatlar yenə də gücləndi. Sanki rinqdə inamla döyüşən bir idmançı bir anlığa “özünü boş buraxaraq”, hadisələrin gedişinə nəzarət edə bilmədi. Nəticədə sosial şəbəkələrdə məlumatdan çox, şaiyə xarakterli yazılar ayaq tutdu.

Hətta bəzi gənclərimiz qəhrəmanlıq göstərən zabit və əsgərlərimizin şəkillərini paylaşaraq, onları təkcə özümüzə deyil, elə düşmənin xüsusi xidmət orqanlarına da tanıtdı. Mən hələ döyüşün davamını və bütün Qarabağı bir neçə günün içərisində azad etmək arzusunda olanların ittihamını demirəm. Bəli, bu, başa düşüləndir, xalq 24 ildir ki, geniş miqyasda “Qələbə” kəlməsini yadırğayıb. Amma,həmişə düşmənin də qüvvəsini və hiyləgərliyini nəzərə almaq lazımdır.

Mən sovet ordusunda motoatıcı dviziyada serjant – çavuş məktəbinin kursunu keçmişəm. Bu taktikanı da bizə çox gözəl başa salırdılar. Biz, təəssüf ki, bütün xalqların içərisində ən şərəfsiz və məkrli bir düşmənlə qarşı-qarşıyayıq. Bu erməni deyilən elə bir düşməndır ki, həmişə “qurşaqdan aşağı” zərbə vurur, heç bir döyüşçünün özünə rəva bilmədiyi hiyləgərliyə adi həyat həqiqəti kimi baxır.

Elə məhz bu yaşam tərzinə görə ermənilər onları istila edən daha güclü xalqların əsarətində var ola biliblər. Qadınlarından döyüşdə istifadə, qocaları və uşaqları qalxan kimi qabağa vermək, güclülərin üzünə gülüb, arxadan vurmaq, digər belə sərəfsizliklər onların həyat tərzidir.

Mətləbdən uzaq düşməyək. Biz “informasiya müharibəsi” deyilən bir taktikanı yaxşı bilmirik! Bəli, bu dəfə təkcə əsgərlərimiz döyüşmədi, bütün xalq öz birliyini göstərdi. Mən hadisələrin təfərrüatını yazmıram. Hamı hər şeyi yaxşı bilir. Amma, ilk günlərdə susqun və çaşqın halda olan düşmən informasiya müharibəsini qazana bildi. Bunu Rusiyanın satılmış KİV-ləri, pulla ələ alınan jurnalistləri, politoloqlarından istifadə etməklə bacardı.

Ən ağrıdıcı hal isə son günlər “özümüzdən istifadə edərək özümüzü vurma taktikası”nı işə salması oldu. Dostlar, bizdə olan vətənpərvərliyə, torpaq sevgisinə bütün dünya şahiddir. Amma bu “3 günlük” müharibənin sonunda düşmən zəif cəhətimizi tapa bildi - sosial şəbəkədə etdiyimiz ehtiyatsizliqlar.

Düşmən emosiya ilə paylaşdığımız ehtiyatsız məlumatlardan, informasiyalardan qorxu içində olan xalqının ruh yüksəkliyini qaldırmaq üçün dezinformasilar düzəldə bildi. Cəsədi erməniləri hələ də qorxutduğu üçün onlarda qalan şəhidlərimizin şəkillərini, hələ rəsmən təsdiq edilmədiyi halda tutduğumuz səngərləri, onların yerlərini paylaşmaq bu ehtiyatsızlığın bir hissəsidir.

Müdafiə Nazirliyi nə qədər ehtiyatla, döyüş şəraitinə uyğun olaraq məlumatlar yaydısa, həvəskar sosial şəbəkə iştirakçıları bir o qədər “özfəaliyyətlə” məşğul oldular. Bu, yolverilməz haldır. Bəli, qələbə hamımızı sevindirir. Amma, bu sevincdən yaranan başgicəllənməsi sonradan bizim üçün problemə çevrilməməlidir.

Bu gün qazandığımız uğurları , qələbələri yalnız peşəkar səviyyədə, xəbərləri rəsmi şəkildə təsdiq edilən və qəbul olunan KİV-lərdə yayımlanandan sonra paylaşmaq lazımdır. Yoxsa ki, özümüzdən asılı olamyaraq, düşmən dəyirmanına su tökmüş olarıq.


Teqlər:






Xəbər lenti