Deputatlarımız Rusiyaya gedir
Tədbirdə “Tibbi sığorta haqqında” model qanun layihəsinə baxılacaq. Deputatlar Rüstəm Xəlilov və Malik Həsənov İqtisadiyyat və maliyyə məsələləri daimi komissiyasının yığıncağında iştirak edəcəklər.
Tədbirdə “Publik-fərdi tərəfdaşlıq haqqında”, “Xarici ticarət fəaliyyətinin tənzimlənməsi haqqında”, “Qiymətqoymanın dövlət tərəfindən tənzimlənməsi barədə” model qanunların, kosmik məkanın dinc məqsədlərlə öyrənilməsi və istifadə edilməsi sahəsində əməkdaşlığa dair MDB Konvensiyasının layihələri müzakirə olunacaq. Millət vəkili Bəxtiyar Əliyev qurumun Elm və təhsil üzrə daimi komissiyasının iclasına qatılacaq. İclasın gündəliyinə “Böyüklərin təhsili haqqında”, “Ekspertiza və ekspert fəaliyyəti barədə”, “İnnovasiya məhsullarının hazırlanması, istehsalı üzrə birgə araşdırmalar və əməkdaşlıqla bağlı” model qanun layihələri və digər məsələlər daxil edilib.
Səfər aprelin 15-də başa çatacaq.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


