`Bacım oğlu şəhid olanda Əli Kərimli haradaydı?` - Deputat
Millət vəkili AXCP sədri Əli Kərimlinin Qarabağ uğrunda döyüşlərdə iştirak etməsi ilə bağlı dediklərinin inandırıcı olmadığını bildirib.
“Əli Kərimli Bakı Dövlət Universitetinin Hüquq fakültəsində oxuyurdu. “Yurd” cəmiyyətini təşkil etmişdi və xalq hərəkatında iştirak edirdi. Ancaq, onun cəbhəyə yollanması barədə informasiyam yoxdur. O, döyüşə getsəydi, yəqin ki xəbərimiz olardı.
Bacım oğlu o zaman Əli Kərimli ilə tələbə yoldaşı idi. O, könüllü cəbhəyə yollandı və şəhid oldu. Maraqlıdı, onda Əli Kərimli hardaydı?”.
Elvin Abdulqədirov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


