Üç hakim barədə intizam icraatları başlanıb
İclasda, həmçinin dövlət başçısının ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə tapşırıqlarına əsasən görülən ardıcıl tədbirlər qeyd edilib, məhkəmə fəaliyyətinin təkmilləşdirilməsinə dair qanunvericiliyə dəyişikliklərə və digər təşkilati məsələlərə baxılıb. Eyni zamanda, bir sıra hakimlərin səlahiyyət müddətinin başa çatması ilə əlaqədar onların fəaliyyəti iştirakları ilə müzakirə edilməklə qiymətləndirilib.
Yol verilən nöqsan və çatışmazlıqlar onların nəzərlərinə çatdırılıb, habelə hakim kadrlarından daha səmərəli istifadə edilməsi üçün hakimlərin iş yerinin dəyişdirilməsinə dair təkliflər hazırlanıb.
İclasda Hacıqabul Rayon Məhkəməsinin hakimi Həmid Əzizov barədə intizam icraatına baxılaraq, qanunvericiliyin tələbin pozduğuna görə ona irad tutulub, 3 hakim barədə intizam icraatları başlanıb.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


