Eks-prezident İlham Əliyevə məktub yazdı
Mən münaqişənin həllində müharibəni deyil, diplomatiyanı vasitə kimi görürəm. Atəşkəsin bərpası vacib olan ilk addımdır. İnanıram ki, Siz, cənab Prezident, vəziyyətdən yararlanaraq bu münaqişənin beynəlxalq hüquq, o cümlədən dövlətlərin ərazi bütövlüyü çərçivəsində son və davamlı həlli üçün danışıqlara başlayacaqsınız.
Cənab Prezident, dünyanın digər ölkələri kimi, Sizin ölkənizdə də sülh, ərazi bütövlüyü və vətəndaşların həyat təhlükəsizliyi olmalıdır. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri lazım olarsa, münaqişənin davamlı və sülh yolu ilə həlli üçün təcrübələrindən istifadə edərək istənilən səviyyədə dialoqa qatılıb dəstək vermək arzusundadırlar.
Cənab Prezident, Sizə dərin ehtiramımı və hörmətimi qəbul etməyinizi xahiş edirəm”.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


