Ərdoğandan İlham Əliyevə jest - Video

Ərdoğandan İlham Əliyevə jest - Video
  14 Aprel 2016    Oxunub:17464
Prezidentlər yaxtada təşkil olunan şam yeməyinə birlikdə gəliblər.
Azərbaycan və Türkiyə prezidentləri Mabeyn iqamətgahında baş tutan rəsmi görüşdən sonra şam yeməyi üçün Savarona yaxtasına gediblər. Yaxtada İslam Əməkdaşlığı Təşkilatının (İƏT) 13-cü zirvə toplantısında iştirak edəcək ölkə liderlərinin şərəfinə şam yeməyi verilir.

Ərdoğan Savarona yaxtasına digər ölkələrin prezidentləri ilə deyil, İlham Əliyevlə birlikdə gəlib. Türkiyə prezidentinin bu jesti diqqətdən yayınmayıb.




AzVision.az





Teqlər:  






Xəbər lenti