Bəzi yerlərdə yağış yağacaq

Bəzi yerlərdə yağış yağacaq
  14 Aprel 2016    Oxunub:1465
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin AzVision.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Şimal küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 7-10, gündüz 15-20, Bakıda gecə 7-9, gündüz 17-19 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 758 mm civə sütunu, nisbi rütubət 75-85 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 7-12, gündüz 15-20, dağlarda gecə 0-5, gündüz 9-14 dərəcə isti, yüksək dağlıq ərazilərdə gecə 0-5 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq.

AzVision.az


Teqlər:






Xəbər lenti