100 məzun niyə yazıb-oxuya bilmir? - Nazirlikdən münasibət

100 məzun niyə yazıb-oxuya bilmir? - Nazirlikdən münasibət
  15 Aprel 2016    Oxunub:2286
“Məktəbi bitirən 100 məzunun oxumaq və yazmaq bacarığının olmaması heç də yaxşı fakt deyil”.
AzVision.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin Ümumi təhsil və məktəbəqədər təhsil şöbəsinin müdiri Aydın Əhmədov media nümayəndələri üçün keçirilən təlimdə çıxışı zamanı deyib. Onun sözlərinə görə, ayrı-ayrı rayonlarda yazıb-oxumağı bacarmayan şagirdlərin siyahısı məlum idi:

“Bunun da öz səbəbləri var. Həmin 100 nəfər çox şübhəsiz məktəbdən uzun müddət yayınanlardır. Məktəbləri keyfiyyətsiz təhsil verməkdə qınamaq düzgün deyil. Məsələyə obyektiv nəzərdən yanaşmaq lazımdır.

Məsələn, bir uşaq 9-cu sinfə kimi gəlir, amma oxumağı bilmir. Bu nə dərəcədə doğrudur? Dəqiq cavab sadəcə araşdırmanın nəticəsində məlum ola bilər. 100 nəfər yazıb-oxuya bilməyənlərin müəyyənləşməsi neqativ haldır, yaxşı fakt deyil. Ola bilər ki, onlar bu və ya digər səbəbdən təhsildən kənarda qalıb”, - nazirlik rəsmisi əlavə edib.

Gültəkin Ələsgər
AzVision.az


Teqlər:  





Xəbər lenti