Əhaliyə xəstə at əti satanlar tutulub
Keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində Saatlı rayon sakinləri əvvəllər məhkum olunan Adıgözəl Xəlilov və Elduz Novruzov 1 ton mənşəyi məlum olmayan əti satmaq istəyən zaman saxlanılıblar. Araşdırmalarla məlum olub ki, hər iki şəxs Saatlı və ətraf rayonlardan əldə etdikləri xəstə atları kəsərək Bakı şəhərində mal əti adı altında satışını təşkil etmək istəyiblər. Ekspert rəyi ilə müəyyən edilib ki, aşkarlanan at əti istifadəyə tam yararsızdır və insan sağlamlığına təhlükə yarada bilər.
Qeyd edilən faktlarla bağlı Baş İdarənin İstintaq Şöbəsində cinayət işlər başlanıb.
Araşdırmalar davam etdirilir.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


