YAP təkrar seçkiyə hazırlaşır - Namizəd kim olacaq?

YAP təkrar seçkiyə hazırlaşır - Namizəd kim olacaq?
  16 Aprel 2016    Oxunub:2925
Hakim Yeni Azərbaycan Partiyası 90 saylı Ağdaş seçki dairəsi üzrə təkrar parlament seçkilərində iştirak edəcək.
Bu barədə AzVision.az-a açıqlamasında partiyanın mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev deyib. YAP rəsmisi qeyd edib ki, 90 saylı Ağdaş seçki dairəsi üzrə namizədin kimliyi gələn həftə açıqlayacaq.

90 saylı Ağdaş seçki dairəsindən AzVision.az-a bildirilib ki, hələlik heç bir şəxs namizədliyinin qeydə alınması üçün müraciət etməyib.

Qeyd edək ki, Prezident İlham Əliyev 90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə təkrar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb. Seçkilər 2016-cı il iyunun 18-nə təyin edilib.

Xatırladaq ki, 1 noyabr 2015-ci ildə Milli Məclisə keçirilən seçkidən sonra MSK-nın 90 saylı Ağdaş seçki dairəsinin nəticələri ləğv olunub.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər:






Xəbər lenti