İki ölkənin prezidenti Bakıya gəlir

İki ölkənin prezidenti Bakıya gəlir
  16 Aprel 2016    Oxunub:2258
Malta prezidenti Mari-Luiz Koleyro Preka və Makedoniya prezidenti George İvanov Bakıya gələcək.
Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az-a verilən məlumata görə, onlar aprelin 25-27-də Bakıda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının (BMT SA) 7-ci Qlobal Forumunda iştirak edəcəklər.

Qeyd edək ki, ümumilikdə üç gün müddətində yüksək rəsmilərin toplantısı, 30-a yaxın sessiya keçirilməsi nəzərdə tutulubr. BMT SA-nın yüksək səviyyəli toplantısında Bakı Bəyannaməsinin qəbul edilməsi planlaşdırılır.

AzVision.az


Teqlər:






Xəbər lenti