İlham Əliyevdən yeni müavin təyinatları

İlham Əliyevdən yeni müavin təyinatları
  16 Aprel 2016    Oxunub:2655
Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin Direktorlar Şurasının sədrinin müavinləri təyin olunub.

AzVision.az xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı sərəncama əsasən, Namiq Babayev və Bəhram Xəlilov Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin Direktorlar Şurası sədrinin müavinləri təyin edilib.

Qeyd edək ki, N. Babayev indiyədək Tələbə Qəbulu üzrə Dövlət Komissiyası sədrinin müavini, B. Xəlilov isə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri olub.

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadədir.

AzVision.az


Teqlər:  






Xəbər lenti