Ermənilər türk TIR-larına hücum etdi

Ermənilər türk TIR-larına hücum etdi
  18 Aprel 2016    Oxunub:5389
Ermənilər Türkiyə-Gürcüstan sərhədində "Çıldır-Aktaş" gömrük məntəqəsindən Türkiyəyə girmək istəyən ağır tonajlı yük maşınlarına (TIR) hücum ediblər.

AzVision.az türk mətbuatına istinadən xəbər verir ki, bir müddət əvvəl Azərbaycan ilə Ermənistan arasında baş verən Qarabağdakı qarşıdurmaları bəhanə edən bir qrup erməni, Axalkalakidə türk avtomobil və TIR-larına daşlarla hücum edib.

Adlarının açıqlanmasını istəməyən TIR sürücüləri bildirib ki, Ahıska vasitəsilə gediş-gəliş daha təhlükəsizdir:

“Gürcüstanın Axalkalaki və Ardahandakı “Çıldır-Aktaş” gömrük məntəqələrinin yolu daş və qayalara görə bağlanıb. Türkiyənin Azərbaycanı dəstəkləməsini bəhanə edən erməni əsilli bir qrup şəxs yolu bağlayıb. Onlar həmin istiqamətdə gedən türk nömrə nişanlı maşınları və sürücüləri daş-qalaq edir. Ona görə də, Ahıska gömrük məntəqəsinə üz tutduq. Burada da 4 kilometrlik tıxac var”.

Gültəkin Ələsgər


Teqlər:  






Xəbər lenti