Hava şəraiti kəskin dəyişəcək

Hava şəraiti kəskin dəyişəcək
  21 Aprel 2016    Oxunub:2475
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti hava şəraitinin kəskin dəyişəcəyi barədə xəbərdarlıq edib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzVision.az-a verilən məlumata görə, bir neçə gün davam edən mülayim isti hava şəraitindən sonra aprelin 22-də ölkə ərazisində hava şəraitinin dəyişəcəyi, qeyri-sabit keçəcəyi gözlənilir.

Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək, şimşək çaxacaq, arabir yağış yağacaq. Yağışın bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə 7-10 dərəcə aşağı enəcək.

AzVision.az


Teqlər:  






Xəbər lenti