`Təcili tibbi yardım maşınları yolda xarab olub qalır`

`Təcili tibbi yardım maşınları yolda xarab olub qalır`
  21 Aprel 2016    Oxunub:3379
“Təcili tibbi yardım çağırışlarının hansı ünvandan daxil olduğu monitor vasitəsilə təyin ediləcək”.
AzVision.az xəbər verir ki, bunu Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin müavini İradə Əliyeva bildirib. Onun sözlərinə görə, əhaliyə xidmət səviyyəsinin artırılması məqsədi ilə bir sıra işlər görülür:

“Bölmələrin müasir və daha çox funksiyası olan yeni planşetlərlə təmin olunmasına başlanıb. Hazırda Stansiyanın sanitar avtomobillərinin hərəkət trayektoriyası xüsusi monitor vasitəsilə nəzarətdə saxlanılır”.

O, əlavə edib ki, bu gün stansiyaya gecikmələrlə bağlı daxil olan şikayətlər əsasən ünvanların düzgün qeyd olunması ilə bağlıdır:

“Bu problem daha çox Bakı ətrafı qəsəbələrdə, yeni tikilən yaşayış massivlərində, həyət evlərində müşahidə olunur. Əsas üstünlük Binə qəsəbəsinə aiddir. Orada yollar da bərbad vəziyyətdədir. Çox vaxt təcili tibbi yardımın maşınları yolda xarab olub qalır. Həmin evlərin çoxunun ünvanı yoxdur”.

İ. Əliyeva onu da qeyd edib ki, hazırda Stansiyanın 21 stansiyası və 21 filialı var.

AzVision.az


Teqlər:  






Xəbər lenti