`Ermənistan müstəqilliyini itirib` - Erməni kinorejissor

`Ermənistan müstəqilliyini itirib` - Erməni kinorejissor
  21 Aprel 2016    Oxunub:3497
Dağlıq Qarabağda dördgünlük müharibə 3 sentyabr 2013-cü ildə imzalanan razılaşmanın utancverici nəticəsidir. Həmin vaxt prezident Serj Sarkisyan Ermənistanın Gömrük İttifaqına üzv olmaq və Avrasiya inteqrasiyasına yardım etmək niyyətində olduğunu bildirib.

AzVision.az erməni KİV-nə istinadən xəbər verir ki, bu barədə kinorejissor Tiqran Xzmayan bildirib.

Onun sözlərinə görə, məhz həmin gün Qarabağda dördgünlük müharibənin əsası qoyulub: “Ermənistanı şantaj etməklə bizi bunun təhlükəsizliyimiz üçün yaxşı olmasına inandırmağa çalışırdılar. Biz gördük ki, məhz bu səbəb görə, həm təhlükəsizliyimizi, həm azadlığımızı, həm də müstəqilliyimizi itirdik, İndi isə dövlətçiliyimizi itirmək təhlükəsi ilə üz-üzə qalmışıq”.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  






Xəbər lenti