Avtovağzallar pasport üçün 600 manat ödəyəcək

Avtovağzallar pasport üçün 600 manat ödəyəcək
  21 Aprel 2016    Oxunub:1806
Prezident İlham Əliyev “Dövlət rüsumu haqqında” qanunda dəyişikliklər edilməsi barədə sərəncam imzalayıb.
AzVision.az xəbər verir ki, qanuna avtovağzala (avtostansiyaya) pasportun verilməsi ilə bağlı 2.0.10-1-ci maddə əlavə edilib. Dəyişikliyə əsasən, Azərbaycanda avtovağzala (avtostansiyaya) pasportun verilməsinə görə dövlət rüsumu alınacaq.

Bundan başqa, qanuna avtovağzala (avtostansiyaya) pasportun verilməsi üçün dövlət rüsumunun dərəcələri ilə bağlı 25-1-ci maddə əlavə edilib. Başqa sözlə, avtovağzala (avtostansiyaya) pasportun verilməsi üçün dövlət rüsumunun dərəcələri müəyyən edilib. Belə ki, avtovağzala pasportun verilməsi üçün 600 manat, avtostansiyaya pasportun verilməsi üçün 400 manat dövlət rüsumu alınacaq.

AzVision.az


Teqlər:  






Xəbər lenti