AzVision.az erməni KİV-nə istinadən xəbər verir ki, Qevorkyanı Şura üzvlərinə şəxsən Sarkisyan özü təqdim edib.
“Milli Təhlükəsizlik Şurasının baş katibi səlahiyyətlərini yerinə yetirməsi üçün Armen Qevorkyanın kifayət qədər təcrübəsi var. O, güclü ictimai fiqurdur. Mən onunla 20 ilə yaxın bir müddətdə işləmişəm və bu illər ərzində onun öz öhdəsindən gəlmədiyi bir işi görməmişəm. Bu illər ərzində o, Təhlükəsizlik Şurasının səlahiyyətlərinə daxil olan işlərlə də məşğul olub. Əminəm ki, o, bizim cəmiyyətə və hökumətə sübut edəcək ki, Təhlükəsizlik Şurası dövlət idarəetmə sistemində əhəmiyyətli həlqədir”, - Sarkisyan vurğulayıb.
Qeyd edək ki, Armen Qevorkyan bu təyinatadək Tavuş vilayətinin qubernatoru olub.
Eldar Tanrıverdiyev
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


