Ərdoğan Məhəmməd Əlinin dəfninə gedəcək

Ərdoğan Məhəmməd Əlinin dəfninə gedəcək
  06 İyun 2016    Oxunub:2146
Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan əfsanəvi boksçu Məhəmməd Əlinin dəfn mərasimində iştirak edəcək.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ərdoğan 74 yaşında həyatını itirən boksçunun dəfn mərasiminə qatılmaq üçün iyunun 10-u ABŞ- a yola düşəcək.

Qeyd edək ki, 30 ildir parkinson xəsətliyindən əziyyət çəkən Məhəmməd Əli iyunun 4-də vəfat edib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:  






Xəbər lenti