Ramiz Fətəliyevə `Xalq artisti` adı və `Şöhrət` ordeni verildi

Ramiz Fətəliyevə `Xalq artisti` adı və `Şöhrət` ordeni verildi
  06 İyun 2016    Oxunub:2680
Azərbaycan Prezidenti İlham Əliyev Ramiz Fətəliyevə "Xalq artisti" fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.
AzVision.az-ın məlumatına görə, sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikasında kinematoqrafiya sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Ramiz Məmmədəli oğlu Fətəliyevə "Xalq artisti" fəxri adı verilsin.

Dövlət başçısının digər sərəncamı ilə Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə Ramiz Fətəliyev "Şöhrət" ordeni ilə təltif edilib.

AzVision.az


Teqlər:  






Xəbər lenti