3 yaşlı uşağı `dustaq edən` müdirə: ` Şəkilləri hamıya göstərdim...`
210 saylı körpələr evi-uşaq bağçasının rəhbəri Həmidə Əliyeva AzVision.az-a açıqlamasında valideynin dediklərinin yalan olduğunu bildirib.
“Bu gün bu hadisə ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinin tərkibində olan Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsi müdiri Eldar Yunusovun qəbulunda oldum. Həmin valideyn də orda idi. Valideynin qeyd etdiyi tədbirdən şəkilləri apardım ki, uşaqlar arasında ayrı-seçkilik edilməyib və onun övladı 1 iyun 2016-cı ildə keçirilən tədbirdə iştirak edib. Şəkilləri orada hamıya göstərdim. Özü də baxıb deyir ki, “a, mənim uşağım da burdadır. Şəklin üzərində tarix qeyd edilib”.
Aytən Zəhra
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


