`Prezidentin Almaniya səfəri mühüm əhəmiyyət daşıyır` - Deputat
Deputat hesab edir ki, ölkə başçısının budəfəki səfəri Azərbaycan və Almaniya arasındakı əlaqələri daha da möhkəmləndirəcək.
“Almaniya dünyanın ən inkişaf etmiş dövlətlərindən biridir. Azərbaycan isə bütün sahələrdə inkişafı ilə diqqəti cəlb edən regional liderdir. Dövlətlərin əməkdaşlığı hər ikisinin milli maraqlarına xidmət edir. Ən vacibi odur ki, Almaniya və Azərbaycan arasındakı əməkdaşlıq bütün – siyasi, iqtisadi, hərbi-texniki, diplomatik sahələri əhatə edir. Azərbaycan prezidentinin bu dəfəki səfəri əlaqələrimizi daha da dərinləşdirməlidir”-deyə millət vəkili qeyd edib.
Elvin Abdulqədirov
AzVision.az
Teqlər: