İTV-də kadr dəyişikliyi edildi

İTV-də kadr dəyişikliyi edildi
  08 İyun 2016    Oxunub:2949
İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının növbəti iclası keçirilib.
ITV-nin İctimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az-a verilən məlumata görə, iclasda Elgün İbrahimovun İnformasiya departamentinin direktoru vəzifəsindən azad olunması təsdiqlənib. Musiqi, bədii və əyləncəli verilişlər departamentinin direktoru Əsəd Məmmədov başqa işə keçməsiylə əlaqədər vəzifəsindən azad olunub.

Yayım Şurasının iclasında informasiya departamentinin direktoru vəzifəsinə Rauf Rəcəbovun, musiqi, bədii və əyləncəli verilişlər departamentinin direktoru vəzifəsinə isə Natiq Abdullayevin təyinatı təsdiqlənib.

AzVision.az


Teqlər:






Xəbər lenti