Məhkəmələrin apardığı işlərin sayı artırılır

Məhkəmələrin apardığı işlərin sayı artırılır
  09 İyun 2016    Oxunub:1247
Azərbaycanda məhkəmələrin xüsusi icraat qaydasında baxdığı işlərin sayı artırılır.
AzVision.az xəbər verir ki, bununla bağlı Mülki Prosessual Məcəlləyə yeni maddənin əlavə edilməsi təklif olunur.

Yeni maddəyə əsasən, məhkəmələrin xüsusi icraat qaydasında baxdığı işləri siyahısına şəxsin Azərbaycan vətəndaşlığını itirməsi işi də ələvə ediləcək.

Dəyişiklik “Azərbaycan Respublikası vətəndaşlığı haqqında” qanuna uyğunlaşdırmaq məqsədi daşıyır.

Qeyd edək ki, məcəlləyə təklif edilən dəyişiklik Milli Məclisin iyunun 14-də keçiriləcək növbədənkənar sessiyasının iclasına tövsiyə olunub.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:






Xəbər lenti