Erməni boksçu Bakıya gəlməkdən imtina etdi

Erməni boksçu Bakıya gəlməkdən imtina etdi
  09 İyun 2016    Oxunub:12514
Boks üzrə Ukrayna millisinin erməni əsilli üzvü Qevorq Manukyan 16-25 iyun tarixlərində Bakıda keçiriləcək olimpiya lisenziyalı turnirdə iştirak etməyəcək.
AzVision.az erməni mətbautına istinadənn xəbər verir ki, bu barədə idmançı özü açıqlama verib.

“Bakıda keçiriləcək turnirə qatılmayacağam. Mən erməni əsilliyəm. Azərbaycan hazırda Ermənistanla müharibə şəraitindədir. Bu baxımdan Azərbaycana getmək alınmayacaq”, - deyə Manukyan bildirib.

Xatırladaq ki, Manukyan Bakıda keçirilən I Avropa Oyunlarında gümüş medal qazanıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  






Xəbər lenti