İyunun 13-dək hava qeyri-sabit olacaq - Xəbərdarlıq

İyunun 13-dək hava qeyri-sabit olacaq - Xəbərdarlıq
  09 İyun 2016    Oxunub:2967
“Ölkə ərazisində hökm sürən qeyri-sabit hava şəraiti iyunun 13-dək davam edəcək”.
Bu barədə AzVision.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Bayramova deyib.

Onun sözlərinə görə, ölkə ərazisində gecə və axşam saatlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir.

“Bəzi yerlərdə intensiv yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Yaxın 2-3 gün ərzində belə hava şəraiti davam edəcək”.

Aytən Zəhra
AzVision.az


Teqlər:  






Xəbər lenti