Son 4 ayda 347 azərbaycanlı qız əcnəbi kişiyə ərə gedib
Dövlət Statistika Komitəsindən AzVision.az-ın sorğusuna cavab olaraq bildirilib ki, 2016-cı ilin dörd ayı ərzində Ədliyyə Nazirliyinin rayon, şəhər qeydiyyatı şöbələri tərəfindən ölkədə 19,7 min nikaha daxilolma və 4,1 min boşanma halı qeydə alınıb.
Məlumatda bildirilib ki, qeydə alınmış nikahların 347-i Azərbaycan vətəndaşı olan qadınlarla xarici ölkə vətəndaşı olan kişilər arasında bağlanıb.
Eyni zamanda Azərbaycan vətəndaşı olan 292 kişi xarici ölkə vətəndaşı olan qadınlarla nikaha daxil olub.
Aytən Zəhra
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


