Sumqayıt qatarını yenə daşa basdılar

Sumqayıt qatarını yenə daşa basdılar
  10 İyun 2016    Oxunub:1504
Sumqayıt-Bakı elektrik qatarının şüşələrini daşnan sındıran 2 azyaşlı saxlanılıb.
AzVision.az DİN-in saytına istinadən xəbər verir ki, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının həyata keçlirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 8-də Sumqayıt-Bakı elektrik qatarının 2 pəncərəsinin şüşələrini daşla sındırmış Biləcəri qəsəbə sakinləri olan 2 azyaşlı saxlanılıb.

Onların izahatları alındıqdan sonra özlərinə və valideynlərinə xəbərdarlıq edilərək buraxılıblar.

AzVision.az


Teqlər:






Xəbər lenti