Bu tədris ilində 4 milyon dərslik nəşr edilib
Başa çatmaqda olan tədris ilində Təhsil Nazirliyi yeni dərslik layihələrinə dair ictimai rəyin öyrənilməsini həyata keçirib. Cari ilin fevralından start götürən dərslik layihələrinə dair ictimai rəyin öyrənilməsi prosesi artıq yekunlaşmaq üzrədir.
İctimai rəyin öyrənilməsi çərçivəsində 89 dərslik layihəsi e-resurs.edu.az saytına yüklənib. Həmin dərslik layihələrinə dair rəy və təkliflərin 17 iyun 2016-cı il tarixinədək bildirilməsi mümkün olacaq.
Çapa verilməzdən öncə, dərslik layihələri www.e-resurs.edu.az saytının əsas səhifəsinə yerləşdirilir. Rəy, təklif və iradları xüsusi ayrılmış sahəyə yazmaqla, yaxud [email protected] elektron poçtuna göndərməklə bildirmək olar.
Aytən Zəhra
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


