Vidadi Muradova yeni vəzifə verildi

Vidadi Muradova yeni vəzifə verildi
  10 İyun 2016    Oxunub:2691
Vidadi Aydın oğlu Muradov “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri təyin edilib.
AzVision.az-ın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev müvafiq sərəncam imzalayıb.

Qeyd edək ki, Vidadi Muradov “Azər-İlmə”nin təsisçisi və rəhbəri, “Azərbaycan xalçaları” elmi-publisistik jurnalının baş redaktorudur.

Vidadi Muradov prezidentin sərəncamı ilə “Şöhrət” ordeni ilə təltif edilib.

AzVision.az


Teqlər:  






Xəbər lenti