Nazir Salyana yeni rəis təyin etdi

Nazir Salyana yeni rəis təyin etdi
  11 İyun 2016    Oxunub:2465
Bu gün Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadənin müvafiq əmri ilə Salyan Telekommunikasiya Qovşağına yeni rəis təyin olunub.
AzVision.az Virtualaz.org-a istinadən xəbər verir ki, həmin vəzifəyə Nicat Əsgərov təyin olunub. Nicat Əsgərov bundan əvvəl Respublika Dövlət Statistika Komitəsinin Salyan rayon şöbəsinin müdiri işləyib.

Xatırladaq ki, Salyan Telekommunikasiya Qovşağının əvvəlki rəisi Faiq Nəcəfov bu il aprel ayının 15-də nazir Ramin Quluzadənin müvafiq əmri ilə işdən azad olunmuşdu. Qısa müddət əvvəl isə Salyan Telekommunikasiya Qovşağında audit yoxlaması aparılmışdı.

AzVision.az


Teqlər:






Xəbər lenti