Hava nə vaxt düzələcək? - Yeni proqnoz
“İyunun 14 və 15-dən etibarən hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq. İlkin məlumata görə, temperaturun 2-3 dərəcə yüksələcəyi gözlənilir. Azərbaycanın rayonlarında da iyunun 13-dən etibarən yağıntılar kəsəcək. Bu günə qədər müşahidə etdiyimiz güclü leysan xarakterli yağışlar səngiyəcək. Lakin iyunun 14 və 15-də əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq. Gecə saatlarında bəzi dağlıq ərazilərdə şimşək çaxması, qısa müddətli yağış yağması müşahidə ediləcək. Növbəti günlərdə nisbətən hava mülayimləşəcək”, -deyə Gülşad Bayramova qeyd edib.
Aytən Zəhra
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


