Etiraz edən sürücülərə xoş xəbər: `İşsiz qalmayacaqlar`
“Bakı şəhəri üzrə ictimai nəqliyyatda peşəkar sürücülərə kifayət qədər ehtiyac var. Sürücünün işsiz qalması kimi problem yoxdur. Peşəkar sürücülər daşıyıcı şirlətlərə müraciət edə bilərlər. Onları Sürücü Təlim Mərkəzlərinə göndərəcəklər. Orada imtahanı uğurla verdikdən sonra Bakı Nəqliyyat Agentliyinə müraciət edə bilər və işlə təmin oluna bilərlər.
Qeyd edim ki, peşəkar sürücülər işsiz qalmayacaq. Lakin tələblərə riayyət etməyən sürücülər bizdə işləyə bilməyəcəklər. Onlar özlərinə başqa iş tapsalar yaxşıdır”.
N.Allahyarova bildirib ki, bağlanan marşurut xətlərinin sürücülərindən indiyədək çoxsaylı şikayətlər daxil olub.
Qeyd edək ki, bir neçə gün öncə 18 və 96 saylı marşurut xəttləri ləğv edilib. Sürücülər bu gün etiraz aksiyası keçirərək işsiz qalacaqlarından şikayətləniblər.
Aytən Zəhra
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


