Cəbhəyanı kənd sakinlərinin dediklərinə görə, bu gün fasilələrlə çayda partlayışlar müşahidə edilib. Ermənilərin çaya buraxdığı müxtəlif növ hərbi sursatlar güclü axın nəticəsində daşlara dəyib partlayır. Hazırda Xaçınçayın sağ və sol sahilində yerləşən cəbhə kəndləri üçün təhlükə yoxdur. Yerli sakinlər çaydan götürdüyü su ilə əkin sahələrini suvarmağa çalışır.
Qeyd edək ki, Xaçınçayın uzunluğu 119 km, hövzəsinin sahəsi 657 km2-dir. Çay Qarabağ dağ silsiləsinin Hacıyurd, Uyuxlu, Çiçəkli və Alaqaya dağlarından başlayan bulaqların yağış, qar və yeraltı suların birləşməsindən əmələ gəlir.
Çayın üzərində 1964-cü ildə Xaçınçay su anbarı tikilib. 1993-cü ildən Ağdam rayonun ermənilər tərəfində işğal etməsi nəticəsində Azərbaycan tərəfdən Xaçınçay çayı və Xaçınçay su anbarının Azərbaycan tərəfindən istismarı mümkün deyil. (Apa)
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


