Nazir `Son zəng`ə son nöqtəni qoydu

Nazir `Son zəng`ə son nöqtəni qoydu
  13 İyun 2016    Oxunub:50039
Təhsil naziri Mikayıl Cabbarov “Son zəng” tədbirinin keçirilməsi haqqında əmr imzalayıb.

AzVision.az xəbər verir ki, əmrdə respublikanın ümumtəhsil məktəblərində ənənəvi “Son zəng” tədbirinin mütəşəkkil keçirilməsi və iyunun 14-də yalnız müəssisənin ərazisində təşkil olunması qeyd olunub

Həmçinin bildirilib ki, “Son zəng” tədbirində valideyn komitələri, valideyn-müəllim assosiasiyaları və ictimaiyyətin nümayəndələrinin iştirakı təmin edilməlidir.

Naxçıvan MR Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi, rayon (şəhər) təhsil şöbələri, bilavasitə Təhsil Nazirliyinin tabeliyindəki ümumi təhsil müəssisələrinin rəhbərləri “Son zəng”in məzmunlu keçirilməsi ilə bağlı təşkilati işləri aparıb, şagirdlərin təhlükəsizliyini təmin etmək məqsədilə zəruri tədbirlər görməlidirlər.
Əmrin icrasına nəzarət nazir müavini Ceyhun Bayramova həvalə olunub.

Aytən Zəhra
AzVision.az


Teqlər:  






Xəbər lenti