Bəzi məktəblərdə `Son zəng` vaxtından əvvəl keçirilib

Bəzi məktəblərdə `Son zəng` vaxtından əvvəl keçirilib
  13 İyun 2016    Oxunub:2955
Təhsil Nazirliyi bəzi məktəblərdə “Son zəng” tədbirlərinin vaxtından əvvəl keçirilməsi məsələsinə aydınlıq gətririb.
Nazirlikdən AzVision.az-a verilən məlumata görə, bəzi ümumtəhsil məktəblərində “Son zəng” tədbirləri bu gün keçirilib.

“Bu, Təhsil Nazirliyinin razılığı əsasında baş tutub. Buna səbəb Bakı şəhərində keçiriləcək “Formula -1” yarışı ilə bağlı iyunun 14-dən etibarən Bakı Şəhər Halqasının keçdiyi küçələrdə nəqliyyatın hərəkətinin tamamilə məhdudlaşdırılmasıdır”.

Təhsil naziri Mikayıl Cabbarov Azərbaycanda “Son zəng” tədbirinin keçirilməsi haqqında əmr imzalayıb. Əmrə əsasən, “Son zəng” tədbiri iyunun 14-də yalnız müəssisənin ərazisində təşkil olunmalıdır.

Aytən Zəhra
AzVision.az


Teqlər:  






Xəbər lenti