`20 ildir müavin işləyirəm, artıq bəsdir` - BDU-da nə baş verir?
“Məlum olduğu kimi insult keçirmişəm. Bu səbəbdən istirahətə və müalicəni davam etdirməyə ehtiyacım var. Dekan vəzifəsindən istefa versəm də, kafedra müdiri kimi fəaliyyətimi davam etdirəcəyəm”.
Əli Hacıyev isə işdən çıxmasını belə əsaslandırıb: “20 ildən çoxdur ki, dekan müavini işləyirəm. Artıq bəsdir, istefa verməyin zamanıdır. Bundan sonra müəllim kimi çalışmağı düşünürəm.
Şamil Vəliyevi müvəqqəti olaraq Cahangir Məmmədli əvəz edəcək.
Yayılan məlumatlara görə, Şamil Vəliyev və Əli Hacıyevin işdən çıxmasının səbəbi universitet rəhbəri ilə aralarında yaranan fikir ayrılığıdır.
Aytən Zəhra
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


