Zakir Qaralovun qəbul vaxtı dəyişdirilib

Zakir Qaralovun qəbul vaxtı dəyişdirilib
  14 İyun 2016    Oxunub:1804
Baş Prokurorluq cənub bölgəsində yaşayan vətəndaşlara müraciət edib.

Qurumun mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, Baş prokuror Zakir Qaralovun iyunun 17-də Lerik, Masallı, Lənkəran, Astara və Yardımlı rayonlarında yaşayan vətəndaşlarla nəzərdə tutulan qəbulunun vaxtı dəyişdirilib.

Qəbul iyunun 24-də saat 11:00-da Lerik rayon Prokurorluğunun inzibati binasında keçiriləcək.

AzVision.az


Teqlər:  






Xəbər lenti