AzVision.az xəbər verir ki, cari ildə ümumi təhsil müəssisələrinin IX siniflərini 110222, XI siniflərini 88591, XII sinifləri isə 856 şagird bitirib.
“Son zəng” tədbirləri Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan 304 məktəbdə keçirilib. Bu il Bakı şəhəri üzrə məktəbi IX siniflər üzrə 26614, XI siniflər üzrə 20052 şagird başa vurub.
Hər il olduğu kimi, bu il də "Son zəng" tədbirləri məktəb rəhbərləri tərəfindən şagirdlərin təhlükəsizliyi təmin olunmaqla bilavasitə ümumi təhsil məktəblərində təşkil edilib.
AzVision.az "Son zəng"dən görüntüləri təqdim edir:
Aytən Zəhra
Foto: Elvin Abdulla
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


