Azərbaycan-Rusiya biznes forumu keçiriləcək

Azərbaycan-Rusiya biznes forumu keçiriləcək
  14 İyun 2016    Oxunub:1148
İyunun 20-də Bakıda Azərbaycan-Rusiya biznes forumu keçiriləcək.
İqtisadiyyat Nazirliyindən AzVision.az -a verilən məlumata görə, nazirliyin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə keçiriləcək tədbirdə rəsmi şəxslərlə yanaşı, sənaye, maliyyə, energetika, nəqliyyat, ticarət, səhiyyə və digər sahələrdə fəaliyyət göstərən iş adamlarının iştirakı nəzərdə tutulur.

Biznes forumda Azərbaycan və Rusiya arasında ticarət və investisiya sahəsində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunacaq, təqdimatlar və ikitərəfli görüşlər keçiriləcək.

AzVision.az


Teqlər:






Xəbər lenti