Bu il 856 şagird niyə XII sinfi bitirib? - Rəsmi
Təhsil Nazirliyindən AzVision.az-ın sorğusuna cavab olaraq bildirilib ki, 12-ci sinfi bitirəcək 856 şagirddən 13 nəfəri saglamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli Respublika xüsusi internat məktəbində, 843 nəfəri isə axşam (qiyabi) ümumtəhsil məktəblərində və gündüz ümumtəhsil məktəblərinin nəzdində qiyabi qruplarda təhsil alan şagirdlərdir.
“12-ci sinfi bitirən 856 şagirddən 151 nəfəri qız, 705 nəfəri isə oğlandır. Respublika üzrə 7 axşam (qiyabi) ümumtəhsil məktəbi fəaliyyət göstərir ki, bunlardan 5-i təcridxanalarda, 2-si isə kar və zəif eşidən, kor və zəif görən uşaqlar üçün axşam (qiyabi) məktəbləridir”.
Aytən Zəhra
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


