Bakı sakinindən 10 kq-dan çox narkotik götürülüb

Bakı sakinindən 10 kq-dan çox narkotik götürülüb
  15 İyun 2016    Oxunub:1417
Bakıda paytaxt sakinindən 10 kiloqramdan çox narkotik götürülüb.
AzVision.azDaxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən bildirir ki, Nizami Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Hicran Babayevdən 1 kiloqram 650 qram tiryək və 9 kiloqram 505,7 qram marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər:  






Xəbər lenti