Bakı-Naxçıvan aviareysləri bərpa olundu

Bakı-Naxçıvan aviareysləri bərpa olundu
  17 İyun 2016    Oxunub:3292
Ötən gün Naxçıvan Muxtar Respublikasında hava şəraitinin pis olması səbəbindən təxirə salınan reyslər bərpa olunub.
Bunu AzVision.az-a Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyətinin (AZAL) mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski deyib.

O qeyd edib ki, Naxçıvanda hava şəraiti uzun müddət yaxşı olmadığı üçün bütün təyyarə reysləri təxirə salınmışdı: “Bir təyyarə geri qayıtdıqdan sonra digər təyyarələr havaya qalxmadı. Lakin gecə saat 1-dən başlayaraq sərnişinlər Naxçıvana yola salınıb”.

Qeyd edək ki, dünən Bakıdan Naxçıvana uçan sərnişin təyyarəsi məcburən paytaxta geri qayıdıb. Təyyarənin geri qayıtmasına səbəb hava şəraitinin pis olması göstərilb.

Aytən Zəhra
AzVision.az


Teqlər:  






Xəbər lenti