İntihar etdiyi deyilən qadını əri öldürübmüş

İntihar etdiyi deyilən qadını əri öldürübmüş
  17 İyun 2016    Oxunub:2619
Beyləqanda dəhşətli cinayətin üstü açılıb.
AzVision.az Apa-ya istinadən xəbər verir ki, rayon sakini, 1992-ci il təvəllüdlü Təhminə Məmmədlinin yaşadığı evdə özünü asması barədə polisə məlumat daxil olub.

Daxil olan məlumat əsasında həyata keçirilən araşdırmalar zamanı T. Məmmədlinin intihar etmədiyi, onun ailə-məişət münaqişəsi zəminində əri 1980-ci il təvəllüdlü Pərviz Məmmədov tərəfindən boğularaq öldürülməsi müəyyən edilib. P. Məmmədov tutulub.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

AzVision.az


Teqlər:  






Xəbər lenti