ANS-də `yarpaq tökümü` - Daha bir aparıcı getdi
“Hər başlanğıcın bir sonu olur, başladı və bitdi. Şükürlər olsun ki, alnım açıq, üzüm ağdır. Yeni başlanğıc isə uzaqda deyil. Hər kəsə uğurlar. Mən yoluma, siz yolunuza”- deyə o qeyd edib.
T.Rafiqqızı ANS-də uzun müddət iqtisadiyyat verilişinin aparıcısı olub.
Qeyd edək ki, Fidan Quliyeva ANS Müstəqil Yayım və Media Şirkətinə baş redaktor gətirildikdən sonra bir sıra tanınmış aparıcılar işdən çıxmaq məcburiyyətində qalıblar.
Bir müddət öncə məşhur jurnalistlər İlhamiyyə Rza, Kəmalə Əlisgəndərqızı, Ləman Ələşrəf qızı da ANS-dən ayrıldıqlarını bəyan ediblər.
Aytən Zəhra
AzVision.az