Səhiyyə Nazirliyi: F1-ə tam hazırıq
F1 yarışlarında iştirak üçün ölkəmizə gələn idmançılara ambulator yardımın göstərilməsi üçün yaradılan tibb məntəqəsi, habelə idmançı və gələn qonaqlar üçün ehtiyac olduğu halda ayrılan tibb müəssisələri, o cümlədən Mərkəzi Neftçilər Xəstəxanası, Kliniki Tibbi Mərkəz və Bakı Sağlamlıq Mərkəzi tam hazır vəziyyətə gətirilib.
İdmançılara və ölkəmizə gələn qonaqlara təcili və təxirəsalınmaz tibbi yardım göstərilməsi üçün müasir, beynəlxalq standartlara uyğun avadanlıq və ləvazimatla təchiz edilmiş təcili tibbi yardım maşınları yarış ərazisində, qonaqlar yerləşdiyi ərazilərdə və digər sahələrdə 24 saat ərzində xidmət göstərəcəklər.
Aytən Zəhra
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


