Ağdaşda seçici fəallığı - 2 saata 4517 səs
AzVision.az-ın məlumatına görə, MSK Katibliyinin Seçkilər İnformasiya Mərkəzinin müdiri Fərid Orucov deyib ki, saat 10:00-a 90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə keçirilən təkrar seçkilərdə seçici fəallığı 11,2 faizdir.
O, qeyd edib ki, bu müddət ərzində 40203 seçicidən 4517 seçici səs verib.
Xatırladaq ki, bu gün saat 08:00-da 90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə təkrar seçkilərdə səsverməyə start verilib.
Səsvermə saat 19:00-da başa çatacaq.
Elvin Abdulqədirov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


