Saat 12-ə olan nəticələr: 10369 ağdaşlı səs verib

Saat 12-ə olan nəticələr: 10369 ağdaşlı səs verib
  18 İyun 2016    Oxunub:2030
Azərbaycan Mərkəzi Seçki Komissiyası (MSK) 90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə təkrar seçkilərdə saat 12:00-a olan seçici fəallığı ilə bağlı məlumatları açıqlayıb.

AzVision.az-ın məlumatına görə, Mərkəzi Seçki Komissiyası Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov bildirib ki, saat 12:00-a seçici fəallığı 25,8 faiz olub.

O, qeyd edib ki, bu müddət ərzində dairə üzrə 40203 seçicidən 10369 seçici səs verib.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər:  






Xəbər lenti