`Nazir mənə zəng edib, dedi ki...` - Abid Şərifov

`Nazir mənə zəng edib, dedi ki...` - Abid Şərifov
  19 İyun 2016    Oxunub:4756
Baş nazirin müavini Abid Şərifov "Sovetski"də sökülən abidələrlə bağlı açıqlama verib.
AzVision.az xəbər verir ki, ANS TV-yə müsahibəsində o, aparılan söküntü işlərinin qanun çərçivəsində həyata keçirildiyini və tariximizə kifayət qədər hörmət edildiyini bildirib. Bundan əlavə o qeyd edib ki, bəzi tarixi abidələr qorunub saxlanacaq, bərpaya ehtiyacı olanlar isə təmir olunaq.

"Bu abidələr siyahıdan çıxarılıb. Bu rəy nəticəsində olub, kiminsə özbaşınalığının nəticəsi deyil. Həmin abidə ev kimi qeydə alınmışdı. Sonra mənə Əbülfəs müəllim zəng etdi (Mədəniyyət naziri - red.) və dedi ki, bu qədim hamamdır. Nəticədə biz onu siyahıdan çıxartdıq, onu gələcəkdə restavrasiya edə bilərik. O ki qaldı Abbas Mirzə Şərifzadənin evinin sökülməsinə, bu haqda söhbət yoxdur", - deyə Abid Şərifov bildirib.



AzVision.az


Teqlər:





Xəbər lenti