İrandakı zəlzələ Azərbaycanda hiss olunub

İrandakı zəlzələ Azərbaycanda hiss olunub
  22 İyun 2016    Oxunub:1432
Naxçıvanda zəlzələ baş verib.
AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən AzVision.az-a verilən xəbərə görə, zəlzələ yerli vaxtla saat 14:47-də Naxçıvandan 76 km cənub-qərbdə İran ərazisində qeydə alınıb.

Yeraltı təkanın maqnitudası 4,6, dərinliyi 5 km olub. Zəlzələ Naxçıvanda 3 bala qədər hiss olunub.

AzVision.az


Teqlər:






Xəbər lenti